AZ

Vergi ödəyiciləri ən çox nədən şikayət edirlər? – Siyahı


Bu ilin may ayı ərzində ümumilikdə vergi orqanlarına 32 285 müraciət daxil olub ki, bunun da 95,9 faizi ərizə, 4 faizi şikayət, 0,1 faizi təklif olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilir ki, daxil olan müraciətlərdən 57,3 faizinin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 42,7 faizi isə hazırda icradadır. Baxılan müraciətlərdən 74,8 faizi həll olunub, 23,8 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Ay ərzində daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz azalaraq 1 007 olub. Həll edilən şikayətlərin 68 faizi kameral vergi yoxlaması, 6,4 faizi vergi borcu, 5,6 faizi şəxsi hesab vərəqələri, 4 faizi vergi ödəyicisinin qeydiyyatı, 3,2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi maliyyə sanskiyasının silinməsi, 1,6 faizi operativ vergi nəzarəti tədbirləri, 9,6 faizi isə digər məsələlər ilə bağlı olub.
Seçilən
65
4
yeniavaz.com

5Mənbələr