Almaniyada təşkil olunan Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.
Sportinfo.az xəbər verir ki, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.
İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.
Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.
20:00. İngiltərə - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Helzenkirhen, "Feltins Arena".