AZ

Avropa İttifaqı Misirlə yaşıl ammonyak istehsalına dair 33 milyardlıq müqavilələr imzaladı

Misir və Avropa İttifaqı arasında yaşıl ammonyak istehsalına dair ümumi dəyəri 33 milyard dollar olan dörd saziş imzalanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Misir hökuməti yayıb.

Məlumata əsasən sənədlər Misirdə yaşıl ammonyak istehsalı üzrə ixtisaslaşan müəssisələrin tikintisini nəzərdə tutur.

Dəyəri 11 milyard dollar olan ilk müqavilə Almaniyanın DAI Infrastruktur GmbH şirkəti ilə bağlanıb: o, Misirin Port Səid şəhərinin şərqindəki sənaye zonasında ekoloji cəhətdən təmiz ammonyak istehsalını təmin edəcək.

Misirin Ayn Soxna limanında obyektin tikintisi ilə bağlı daha bir 4,25 milyard dollarlıq müqavilə BƏƏ-də yerləşən OCIOR şirkəti ilə imzalanıb: Misirdə istehsal olunan yaşıl ammonyakın Avropa bazarlarına çıxmasını təmin etmək məqsədilə. Qalan iki sənəd də Ayn Soxnada ekoloji cəhətdən təmiz ammonyak istehsal edən zavodların tikintisini nəzərdə tutur - bu məqsədlər üçün investorlar Misir hakimiyyətinə daha 17,5 milyard dollar ayırmağa hazırdırlar.

Musavat.com

Seçilən
114
45
musavat.com

10Mənbələr