AZ

Rayonlararası avtobuslarda - GEDİŞ HAQQI BAŞALAŞDI - YENİ TARİF

Azərbaycanda rayonlar arası marşrut avtobuslarında gediş haqqı artırılıb.

FED.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə ölkə daxilində müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik müəyyən edilib.

Bu 100 kilometr üçün 3,7 manat deməkdir.

Xatırladaq ki, 2018-ci ildə bu tariflər 2,4 qəpik, 2023-cü ilin fevralından indiyədək isə 3 qəpik idi.

Başqa sözlə sözügedən tariflər 23% artırılıb. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma tarifinin yuxarı həddinin 3 qəpikdən 3,7 qəpiyə artırılması şəhərlər arası avtobuslarda gediş haqqının da eyni qaydada artması deməkdir.

Seçilən
129
50
fed.az

10Mənbələr