Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları üz-üzə gəlib.
APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ispanlar rəqiblərini böyük hesabla məğlub ediblər – 4:1.
Oyunun 18-ci dəqiqəsində ispaniyalı Roben Le Norman topu öz qapısına göndərib.
Qarşılaşmanın 39-cu dəqiqəsində Rodri hesaba tarazlı gətirib.
Matçın 51-ci dəqiqəsində Fabian Ruiz komandasını hesabda önə çıxarıb.
Niko Uilyams 75-ci dəqiqədər fərqlənərək ispanların üstünlüyünü bir az da artırıb.
Oyunda son nöqtəni 83-cü dəqiqədə Dani Olmo qoyub.
Bununla da İspaniya milli komandası Avropa çempionatının ¼ finalmərhələsinə yüksəlib.