1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransanın İl-de-Frans regionunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.
Qeyd olunub ki, hadisə A4 magistral yolunun A104 şosesi ilə Kollejyendəki kommunanın qovşağında baş verib. Yüngül mühərrikli təyyarə yüksək gərginlikli elektrik xəttinə dəyib, avtomobil yoluna düşüb və alovlanıb. Qəza zamanı bütün sərnişinlər ölüblər.
Hadisə səbəbindən yol hər iki istiqamətdə bağlanıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: BFMTV