AZ

"Putin Ukrayna ilə bağlı istənilən dialoqa hazırdır"

Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsi ilə bağlı istənilən dialoqa hazırdır.

Adalet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Ondan Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin Rusiya ilə vasitəçilər vasitəsilə dialoq apara biləcəyini söyləyən sözləri ilə bağlı Kremlin fikrini soruşublar.

"Putin bildirib ki, Rusiya istənilən dialoqa açıqdır ", - Peskov qeyd edib.

Maraqlıdır ki, Zelenski Rusiya liderinin daha əvvəl səsləndirdiyi şərtlərə məhəl qoymayıb.

Seçilən
171
adalet.az

1Mənbələr