Ukrayna Silahlı Qüvvələri ilk dəfə F-16 qırıcılarından istifadə edib.
Busaat.az xəbər verir ki, bunu Keçmiş hərbi pilot və hava hücumundan müdafiə üzrə məsləhətçi Xavier Teitelman bildirib.
“Fransız ekspertlər F-16 qırıcılarının ilk döyüş istifadəsinin Ukraynada baş verdiyini bildirirlər”, – hesabatda qeyd edilir.
Taitelmanın sözlərinə görə, bu məlumatı Xarici legion da təsdiqləyib.