AZ

Fransa mediası: Makron erkən seçkilərlə özünün ölüm hökmünü imzaladı

Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyaya növbədənkənar seçkilər elan etməklə “öz başına fəlakət gətirdi” və “öz sonunu tezləşdirdi”. Bu qənaətə Fransa mətbuatı bir gün əvvəl keçirilən səsvermənin birinci turunun nəticələrinə əsasən gəlib. Məlumatı “Anadolu” verib.  

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ifrat sağçı Milli Birlik partiyası və onun müttəfiqləri 33,15 faiz səslə birinci yeri tutub. Sonrakı yerdə 27,99 faiz səslə solçu Yeni Xalq Cəbhəsi alyansı gəlir. “Respublika naminə birlikdə” prezident koalisiyası isə 20,04 səs toplayıb.

“Challenges” jurnalı “2024-cü ilin ümumi seçkiləri: Kral Makronun hakimiyyətinin sonu” başlıqlı məqalə dərc edib. Nəşr qeyd edir ki, prezident Milli Assambleyanı buraxmaqla “özünün süqutuna səbəb olub”.

Le Monde, “Makronun Məğlub Cəbhəsi Üçüncü yeri tutur” nəşrində sağ mərkəzçi prezident partiyasının “bütün ölkədə hakimiyyəti itirdiyini” qeyd edir.

“Le Figaro” qəzeti yazır ki, Makronun “blok”u “yox olmaq təhlükəsi ilə üz-üzədir”.

Fransada keçirilən Avropa Parlamentinə seçkilər Marin Le Penin ifrat sağçı Milli Birlik partiyasının böyük qələbəsi ilə başa çatıb. Səsvermənin nəticələri elan edildikdən sonra Fransa prezidenti Milli Assambleyanın buraxıldığını elan edib və növbədənkənar seçkilər təyin edib. Birinci tur iyulun 30-da, ikinci tur isə iyulun 7-nə təyin edilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
122
xalqqazeti.az

1Mənbələr