"Qarabağ"ın yeni transferi Fabiyan Buntiç artıq komandayla məşqlərə çıxır.
Xorvatiyalı qapıçı hazırlıq prosesində fəallığı ilə diqqət çəkir.
Balkanlı legioner həvəsli görüntüsü və etdiyi seyvlərlə Qurban Qurbanovun etimadını qazanmağa çalışır.
Almaniya vətəndaşlığına malik qolkiperlə üç illik müqavilə imzalanıb. "Dəri əlcək sahibi" 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.
27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı “İnqolştadt”da (Almaniya) forma geyinib.
F.Butniç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.
SPORTİNFO.AZ