ABŞ Polşaya hava və raket hücumundan müdafiə sistemləri üçün hərbi texnikanın alınması məqsədilə 2 milyard dollar kredit ayırıb. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb."Polşa və ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 2 milyard ABŞ dolları məbləğində birbaşa kreditin ayrılması barədə razılığa gəliblər", - deyə nazirliyin saytında bildirilir. Polşa hakimiyyəti alınan vəsaiti hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin alınmasına sərf edəcək. Qeyd olunur ki, bu, Varşavanın Vaşinqtondan aldığı ikinci belə kreditdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta