AZ

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə qaldırılacaq

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədar Qazaxıstanda, xüsusən də paytaxt Astanada və Almatı, Qaraqandı və Kokşetau şəhərlərində terror təhlükəsinin “sarı” həddə yüksələcəyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Fövqəladə Hallar Qərargahından verilən yazılı açıqlamada, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün iyulun 2-4-də paytaxt Astanaya bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin gələcəyi bildirilib.

Bəyanatda xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görüldüyü vurğulanaraq,- “Qazaxıstanın Terrorla Mübarizə Qanununun 12, 13 və 15-ci maddələrinə uyğun olaraq Başçının qərarı ilə Astana, Almatı, Qaraqandı və Kokşetau şəhərlərinin müəyyən rayonlarında terrorizmə qarşı mübarizə aparırıq”,- deyə bildirilib.

Seçilən
26
1
operativmm.az

8Mənbələr