Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədar Qazaxıstanda, xüsusən də paytaxt Astanada və Almatı, Qaraqandı və Kokşetau şəhərlərində terror təhlükəsinin “sarı” həddə yüksələcəyi bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Fövqəladə Hallar Qərargahından verilən yazılı açıqlamada, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün iyulun 2-4-də paytaxt Astanaya bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin gələcəyi bildirilib.
Bəyanatda xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görüldüyü vurğulanaraq,- “Qazaxıstanın Terrorla Mübarizə Qanununun 12, 13 və 15-ci maddələrinə uyğun olaraq Başçının qərarı ilə Astana, Almatı, Qaraqandı və Kokşetau şəhərlərinin müəyyən rayonlarında terrorizmə qarşı mübarizə aparırıq”,- deyə bildirilib.