AZ

Paris ravvini yəhudiləri Fransanı tərk etməyə çağırdı

Paris Böyük Sinaqoqunun baş ravvini Moşe Sebbaq seçkilərdən sonra Fransanı tərk etməyə çağırıb.

Olaylar xəbər verir ki, bu barədə Sebbaq "Yerusəlim Post" qəzetinə deyib.

"Bu gün aydındır ki, yəhudilərin Fransada gələcəyi yoxdur. Hər bir gəncə İsrailə və ya daha təhlükəsiz ölkəyə getməyi məsləhət görürəm. Bir çox yəhudi ailəsi əvvəllər Milli Birliyə səs verməyi ağlına belə gətirə bilmirdi, lakin son vaxtlar sollar antisemitizmə çevrilib. Yəhudilər ortada qalıb və kimin onlara daha çox nifrət etdiyini bilmirlər", - o vurğulayıb.

Onun fikrincə, solçular Fransaya kütləvi immiqrasiyanı dəstəkləyir:

"Lakin bir çox miqrant, xüsusən də müsəlmanlar Fransa cəmiyyətinin bir hissəsi olmağa hazır deyil. Onların arasında antisemitizm hissləri güclüdür". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
3
olaylar.az

4Mənbələr