AZ

İran səfirliyi Azərbaycana təşəkkür ETDİ

İranın Azərbaycandakı səfirliyi İranda 28 iyunda keçirilən prezident seçkiləri ilə əlaqədar yaradılan şəraitə görə Azərbaycana dərin minnətdarlığını bildirib.

Bu barədə İran səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi 14-cü prezident seçkilərinin birinci turunda Azərbaycanda yaşayan iranlıların iştirakını yüksək qiymətləndirməklə yanaşı, sözügedən seçkilərin keçirilməsi üçün münasib şəraitin və platformanın yaradılmasında göstərdiyi əməkdaşlığa və yardıma görə Azərbaycan Respublikası hökumətinə dərin minnətdarlığını bildirir.

İran səfirliyi bildirib ki, Azərbaycan hökumətinin razılığı ilə 14-cü prezident seçkilərinin ikinci turu, 2024-cü il iyulun 5-də saat 8:00-dan 18:00-dək, Şərifzadə küç. 269 ünvanında yerləşən səfirliyin konsulluq şöbəsinin binasında keçiriləcək.


Mənbə: unikal.az

Aqreqator
Seçilən
236
11
unikal.az

10Mənbələr