AZ

Yemiş yemək kimlərə olmaz?

Yay fəslinin ən sevimli qidalarından biri də yemişdir. 

Lakin yemiş düzgün yeyilmədiyi zaman istənilməyən nəticələrə səbəb ola bilər. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yemişin yeməkdən 2 saat öncə və ya 2 saat sonra yeyilməlidir: 

"Yemişi çox yemək olmaz. Bu qarında ağırlıq və köp kimi xoşagəlməz hallara səbəb ola bilər.
Yemişdən sonra soyuq su, qatıq, kefir, yoğurt, süd içmək olmaz. Bu köpə, qarında ağrıya yol aça bilər. Həmçinin, şəkərli diabet, mədə və onikibarmaq bağırsağı xora xəstəliyi, qastrit, həzm sisteminin infeksion xəstəlikləri zamanı yemişdən imtina etmək lazımdır. Yemişin tərkibində qlükoza həddən artıq çoxdur. Onu heç bir halda acqarına yemək olmaz. Yemişi qida qəbul etdikdən sonra yemək lazımdır, çünki acqarına olanda yemiş boş mədəyə gedərkən çoxlu zərərli maddələr ifraz edir. Ona görə yemişi nə acqarına yemək, nə də yeməklə qarışdırmaq olmaz. Xüsusilə balla qarışdırmaq olmaz, çünki yemişin tərkibində olan bir sıra maddələr balla reaksiyaya girir, yapışqan kimi bərk bir kütlə əmələ gətirir və həmin kütlə mədənin divarlarında ilişərək, uzun müddət qala bilər. Mədə onu aşağı ötürəndə bağırsaq divarında keçməməzlik yarana bilər”.

Sevinc
 

Seçilən
60
17
hit.az

10Mənbələr