AZ

Kartof yeməklə arıqlamaq mümkündür

Çox adam artıq çəkilərindən azad olmaq üçün müxtəlif pəhrizlər saxlayır. 

Bu pəhrizlərdən faydası olanı da var, olmayan da... 

Son zamanlar artıq çəkidən xilas olmaq istəyənlər daha çox kartof pəhrizinə üstünlük verir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, kartofun tərkibində nişasta insana toxluq hissi verir: 

“Nəzərə almaq lazımdır ki, 100 qram kartofda cəmi 70 kalori vardır. Kartofla arıqlamaq istəyirsinizsə, onu ədviyyat qatmadan yeyin. Kartofla arıqlamaq üçün pəhriz yeməkləri yağsız və duzsuz olmalıdır. Kartofu düzgün şəkildə bişirib, istehlak etdikdə nəticə almaq mümkündür.  Kartofun tərkibində çoxlu miqdarda aminturşu, vitaminlər, zülal və karbohidratlar vardır. Tərkibindəki C vitamini immun sistemini dəstəkləyir, pektinlər isə orqanizmin təmizlənməsinə, həzm traktının normallaşmasına səbəb olur”.

Sevinc

Seçilən
179
36
hit.az

10Mənbələr