AZ

Türkiyə millisi Avro-2024-ün 1/4 finalında!

style='margin-bottom:10px;'>

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın son iştirakçıları da müəyyənləşib.

"Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşıb. Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüş Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. "Narıncılar" bu mərhələdə Avstriya - Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

Digər oyun isə "Red Bull Arena"da keçirilib. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gəlib. Türkiyə yığması gərgin keçən görüşdə 2:1 hesablı qələbə qazanıb. Bununla da Vinçentso Montellanın komandası 1/4 finala adlayıb. 

Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

23:00. Avstriya - Türkiyə - 1:2

Qollar: Mixail Qriqoriç, 67 - Merih Demiral, 1, 60 

Baş hakim: Artur Diaş (Portuqaliya)

"Red Bull Arena"

20:00. Rumıniya - Niderland - 0:3

Qollar: Kodi Qakpo, 83, Donyell Malen, 83, 90+3

Baş hakim:  Feliks Zvayer (Almaniya)

"Allianz Arena"

1/4 final 

Türkiyə - Avstriya

Fransa - Portuqaliya

İspaniya - Almaniya

İngiltərə -  İsveçrə

Seçilən
127
50
teleqraf.com

10Mənbələr