Kipr hakimiyyəti rusiyalı milyarder və “Merkuri” şirkətlər qrupunun sahibi İqor Kesayevi vətəndaşlıqdan məhrum edib.
Axar.az xəbər verir ki, bu barədə “Phileleftheros” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Kesayev Rusiyanın ən böyük tütün distribütoru “Meqapolis”in, “Diksi” supermarket pərakəndə şəbəkəsinin və “Merkuri” şirkətinin sahibidir. Onun sərvəti 5,5 milyard dollardır və o, reytinqdə 29-cu yeri tutur.