AZ

İsmayıllıda kənd tamamilə boşaldılıb: Torpaq sürüşməsi olub

Torpaq sürüşməsi baş verən İsmayıllının Qoydan kəndindən bütün sakinlər təxliyə ediliblər.

Bildirilib ki, torpaq sürüşməsinin baş verdiyi Qoydan kəndində yağan intensiv yağışlardan sonra vəziyyət təhlükəli hal aldığı üçün kənddəki ailələrin hamısı köçürülüb.

"Kənd boşdur. Kənd camaatının bəzisi başqa yerdə yaşayan qohum evlərinə, bəzisi isə kirayə çıxmalı olub. Kirayədə yaşamaq məcburiyyətində olan ailələrə kirayə pulu verilir", - deyə sakin bildirib.

Xatırladaq ki, İsmayıllının Qoydan kəndində keçən ayın sonunda torpaq sürüşməsi baş verib.

Fotoları təqdim edirik:

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
news365.az

3Mənbələr