AZ

Almaniyada Teylor Sviftin şərəfinə şəhərin adı dəyişdiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın Gelzenkirxen şəhərinin adı "Eras" turnesi çərçivəsində ora səfər edəcək ABŞ-li müğənni Teylor Sviftin şərəfinə müvəqqəti olaraq dəyişdiriləcək.
Məlumata görə, Gelzenkirxen şəhəri iyul ayında super ulduz Teylor Sviftin "Eras" turnesinə ev sahibliyi edəcək və müğənninin üç konsertinin şərəfinə Rur bölgəsindəki şəhərə "Sviftkirxen" adı veriləcək.
Qeyd olunub ki, ideya bir neçə həftə əvvəl petisiya yaradaraq şəhərə Sviftkirxen adının verilməsini təklif edən yerli məktəbli qıza məxsusdur. Şəhərin meri Karin Velge qızın ideyasını dəstəkləyib və şəhərin adının müvəqqəti olaraq dəyişdiriləcəyini bildirib. Şəhərin tam mərkəzində yeni adı olan lövhənin quraşdırılacağı bildirilir. Bundan əlavə, yerli administrasiya şəhərin ən çox ziyarət edilən yerlərində daha bir neçə lövhənin quraşdırılacağını da qeyd edib. Superulduzun gəlişi ərəfəsində şəhər onun şərəfinə tramvay da işə salıb.
Gelzenkirxendəki konsertlər iyulun 17-dən 19-dək keçiriləcək.
Mənbə: Spiegel
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
31
oxu.az

10Mənbələr