Beyləqan rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobillərin toqquşması nəticəsində sərnişin, 2017-ci il təvəllüdlü R.Məlikzadə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"