Bakı, 4 iyul, AZƏRTAC
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilə müddəti uzadılıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.
A.Revva ötən ilin oktyabrından Azərbaycan millisinə başçılıq edir.
Qeyd edək ki, Aleksandr Revva, həmçinin qadınlardan ibarət “Azəryol” komandasının baş məşqçisidir.