Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin ilk yarısında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 3 mlrd. 5.3 mln. ABŞ dollar dəyərində gəlir əldə edib.
Banker.az bunu Fonda istinadən xəbər verir.
Bu da illik müqayisədə AÇG-dən gəlir 342.7 mln. dollar və ya 10 faiz azalmış olub.
2023-cü ilin ilk 6 ayında Fond AÇG-dən 3 mlrd. 348 mln. dollar olmuşdu.
Suveren fondun Şahdəniz yatağından (qaz və kondensat) 2024-cü ilin ilk yarımilindəki gəlir 244.07 mln. dollar olub. Şahdənizdən gəlirlər 2023-cü ilin analoji dövründə 1 mlrd. 2 milyon dollar idi.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60.78 mln. dollar olub.