Bakı. Trend:
İsrail-Həmas müharibəsi nəticəsində Qəzza zolağında əhalinin 90faizi öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Trend xəbərverir ki, bu barədə BMT-nin Fələstin ərazisində HumanitarMəsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) rəhbəri Andrea DeDominiko məlumat yayıb.
Onun sözlərinə görə, 7 oktyabr 2023-cü il tarixindən etibarənQəzza zolağında hər 10 nəfərdən 9-u ən azı bir dəfə öz yaşayışyerini dəyişib.
Dominiko qeyd edib ki, hazırda Qəzza zolağında köçkünlərin sayı1,9 milyon nəfərdir.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisininqiymətləndirmələrinə görə, Qəzza zolağının şimal hissəsində 350 minnəfər qalıb və cənuba keçə bilmir.