Maksim Medvedevin ailəsində gələcəyin idmançıları yetişir.
Karyerasını bu ay başa vuran “Qarabağ”ın keçmiş kapitanının iki oğlu futbolla məşğul olur. Qızı isə...
Aşağıdakı videoda 9 yaşlı Sofiyanın məharəti ilə tanış ola bilərsiniz.
Qızcığaz istirahət zamanı hovuzda atası ilə üzgüçülükdə qüvvəsini sınamaq həvəsinə düşür. Və buna görə ata-bala suya daxil olurlar.
Cəldliyi və üzməyin üsulunu bilməklə seçilən Sofiya atası ilə yarışda finişə tez çataraq qalıb olur.
HƏBİB / SPORTİNFO.AZ