AZ

AVRO-2024: 1/4 finalda iki erkən final - YENİLƏNİR

Almaniyada keçirilən Avropa çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək. Əvvəlcə ev sahibi Almaniya ilə turnirin digər favoriti İspaniya qarşılaşacaq. Ardından daha bir erkən final reallaşacaq. Belə ki, Portuqaliya və Fransa milliləri yarımfinala vəsiqə uğrunda görüşdə üz-üzə gələcəklər. Bugünkü cütlərin qalibləri yarımfinalda bir-birilərinə rəqib olacaqlar. Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək. AVRO-2024 1/4 final 5 iyul 20:00. İspaniya - Almaniya Baş hakim: Entoni Teylor (İngiltərə) Ştutqart, “MHP Arena”. 23:00. Portuqaliya - Fransa Baş hakim: Maykl Oliver (İngiltərə) Hamburq, “Folksparkştadion".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
10
matc.az

10Mənbələr