AZ

Ukrayna Krasnodara hücum etdi – Ölən və yaralananlar var

Ukrayna PUA-larının Krasnodar diyarının Primorsko-Axtarsk bölgəsində həyata keçirdiyi hücum nəticəsində altı yaşlı qız ölüb.

KONKRET.az xəbər verir ki, bu məlumatı rayon rəhbəri Veniamin Kondratyev teleqram kanalında verib.

Onun sözlərinə görə, uşaq xəstəxanaya yerləşdirildikdən sonra ölüb: “Ailəsinə dərin hüznlə başsağlığı verirəm. Baxmayaraq ki, belə vəziyyətdə təsəlli və dəstək sözləri tapmaq çətindir”.

Xatırladaq ki, Ukraynaya məxsus PUA-ların hücumu nəticəsində şəhərdə üçmərtəbəli yaşayış binası zədələnib. İkisi uşaq olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Orxan

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
konkret.az

2Mənbələr