AZ

Avropa İttifaqı Çin elektromobillərinə 38%-ə qədər tariflər tətbiq edib

Avropa İttifaqı (Aİ) Çindən gələn elektrik avtomobillərinə 38%-ə qədər tariflər tətbiq edib.

Aİ Pekinin öz elektrik avtomobil istehsalçılarına verdiyi hökumət dəstəyindən narazıdır. Brüssel hesab edir ki, bu sahədə dövlət subsidiyaları Avropa sənayesinə zərər verə bilər.

Ən aşağı rüsum BYD (17,4%), ən yüksək rüsum isə SAIC (38,1%) üçün tətbiq edilib. Bu dərəcə 10% standart rüsumdan əlavə olacaq. Avropa Komissiyası hesab edir ki, Çin elektrik avtomobillərinin Aİ bazarındakı payı 2019-cu ildəki 1%-dən bu il 8%-ə yüksəlib və 2025-ci ildə 15%-ə çata bilər.

Avropa İttifaqının yeni tarifləri iyulun 4-də qüvvəyə minib və tariflərin müvəqqəti saxlanması və ya daimi olaraq tətbiq edilməsinə qərar verəcək araşdırma noyabrın 2-dək davam edəcək. (Marja.az)

Seçilən
172
37
avtosfer.az

10Mənbələr