AZ

Stoltenberq: “NATO yeni Minsk razılaşması imzalamaq istəmir"

Yeni Minsk razılaşmaları Ukrayna və NATO-ya uyğun deyil, Kiyevə təhlükəsizlik zəmanəti lazımdır.

"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“NATO Minsk-3-ü istəmir. NATO istəyir ki, Rusiyanın aqressiyasına son qoyulsun ki, ukraynalılar nəzarəti ələ keçirsin”, - Stoltenberq bildirib.

Qeyd edək ki, ik Minsk razılaşması 2014-cü il sentyabrın 5-də Minskdə imzalanıb. Donetsk və Luqansk vilayətlərində atəşkəs əldə edilib. Sənədi Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin imzalayıblar. “Minsk-2” isə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin 2015-ci il fevralın 11-12-də Minskdə keçirilən sammitində qəbul edilib və imzalanıb. Onun məqsədi həm də Ukraynanın şərqindəki silahlı münaqişəni həll etmək olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
operativmedia.az

2Mənbələr