Yeni Minsk razılaşmaları Ukrayna və NATO-ya uyğun deyil, Kiyevə təhlükəsizlik zəmanəti lazımdır.
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“NATO Minsk-3-ü istəmir. NATO istəyir ki, Rusiyanın aqressiyasına son qoyulsun ki, ukraynalılar nəzarəti ələ keçirsin”, - Stoltenberq bildirib.
Qeyd edək ki, ik Minsk razılaşması 2014-cü il sentyabrın 5-də Minskdə imzalanıb. Donetsk və Luqansk vilayətlərində atəşkəs əldə edilib. Sənədi Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin imzalayıblar. “Minsk-2” isə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin 2015-ci il fevralın 11-12-də Minskdə keçirilən sammitində qəbul edilib və imzalanıb. Onun məqsədi həm də Ukraynanın şərqindəki silahlı münaqişəni həll etmək olub.