AZ

“Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq“- MDB

MDB müşahidəçilər missiyası rəsmi dəvətdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak etməyə hazırdır.

 News365.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

"Biz rəsmi dəvət gözləyirik və dərhal missiyanın formalaşmasına başlayacağıq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Report


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
news365.az

8Mənbələr