AZ

DİN asayişin və qanunçuluğun keşiyində

DİN-in mətbuat xidməti bildirir ki, oktyabrın 27-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyva­zov hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin ci­nayətkar qəsdlərdən qorunmasında mü­hüm əhəmiyyət kəsb etdiyini bildirib. 
Müzakirələrə başlamazdan əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı mina­ların bu il sentyabrın 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlə­dən polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qü­vvələrimiz tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid verdiyi­ni və 370 nəfərin yaralandığını diqqətə çatdırıb və bütün şəhidlərin xatirəsi bir­dəqiqəlik sükutla yad edilib. 
General-polkovnik V.Eyvazov ok­tyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikası­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər əra­zilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xo­calı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükə­sizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruk­tur obyektlərinin mühafizəyə götürül­düyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkar­landığını qeyd edib.
Bütövlükdə polisin və Daxili Qo­şunların Qarabağın bütün ərazisində xidməti vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükə­sizliyi qoruduğunu, bu prosesin davamlı olacağını vurğulayıb. 
Nazir daha sonra bildirib ki, daxili iş­lər orqanları və Daxili Qoşunlar qanun­la müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib. Ümu­mi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb. Baş Prokurorluqla bir­gə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib. 
Qəsdən sağlamlığa ağır zərər vur­maların, xuliqanlıqların, quldurluqların, dələduzluqların, hədə-qorxu ilə tələb et­mələrin, soyğunçuluqların və avtonəq­liyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. 
Odlu silahın tətbiqi ilə törədilən ci­nayətlər, oğurluqlar, quldurluqlar, soy­ğunçuluqlar, xuliqanlıqlar, avtonəqliyyat vasitələrinin qaçırılması faktlarının sayı azalıb. 
Ağır və xüsusilə ağır cinayətlər törət­miş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsir­ləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətən­daşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.
Ölkədə narkotiklərin qanunsuz döv­riyyəsinə qarşı mübarizə tədbirləri də nəzarətdə saxlanılıb. Qanunsuz dövriy­yədən ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 1 ton 19 kiloqram çox – yəni 4 ton 18 kiloqram narkotik vasitə və 343 kiloqram psixotrop maddə çıxarılıb. 244 nəfərdən ibarət 110 cinayətkar qrup zərərsizləşdirilib və bu cinayətlərə görə ümumilikdə 6.344 nəfər məhkəmə mə­suliyyətinə verilib. Antinarkotik təbliğat sahəsində işlər də davamlı olmaqla təh­sil müəssisələrində 1.028 maarifləndir­mə tədbiri keçirilib.
Yol hərəkəti təhlükəsizliyinin təmini və təşkili, qəzаlаrın qаrşısının аlınmаsı, sürücü intizаmının аrtırılmаsı məqsə­dilə davam etdirilən tədbirlərlə respub­lika üzrə qeydə alınmış yоl-nəqliyyаt hаdisələrinin sayı 55 fakt, qəzalar nəti­cəsində xəsarət alanların sayı 65 nəfər azalıb. Müəyyən edilmiş yol hərəkəti qayda pozuntularının sayı ötən ilin mü­vafiq dövrü ilə müqayisədə 1,7 milyon­dan çox artaraq 5,1 milyona çatıb və onların 64 faizi хüsusi tехniki vаsitələrlə аşkаrlаnıb. 
Vətəndaşların müraciətlərinə baxıl­ması, qəbulların keçirilməsi, şikayətlərə çevik reaksiya verilməsi sahəsində gö­rülən işlər ötən 9 ayda da gündəlik nə­zarətdə qalmaqla daxil olmuş 75.146 müraciətə baxılıb, habelə bu mühüm işə paralel olaraq kütləvi informasiya vasitələrində qabaqcadan məlumat ve­rilməklə respublikanın 9 şəhər və rayo­nunda 3.000-ə yaxın vətəndaşın qəbulu həyata keçirilib. Qaldırılan problemlərin həlli təmin edilib, təşəbbüskarlardan 2.500-dən çox minnətdarlıq məktubları alınıb. 
Gündəlikdəki məsələlər üzrə nazirli­yin aidiyyəti baş idarələrinin və bir sıra ərazi orqanlarının rəisləri görülmüş işlər, əldə edilmiş nəticələr, fəaliyyətin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məruzə edib­lər.
İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulmuş və­zifələrin bütövlükdə layiqincə yerinə ye­tirildiyini vurğulayıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə olunmuş müs­bət nəticələri yüksək qiymətləndirən nazir bu istiqamətdə fəaliyyətin daha böyük əzm və qətiyyətlə həyata keçiril­məsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə yönəldib. Həmçinin yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsə, o cümlədən blogerlərə və digər ictimai fəallara, qeyri-hökumət təş­kilatlarının nümayəndələrinə və media mənsublarına təşəkkürlərini bildirib.
Paytaxtda nəqliyyat sıxlığının ara­dan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan nazir yolların kə­narında qeyri-qanuni saxlanılan və nəq­liyyatın normal axınına maneçilik törə­dən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub, hərəkətin təhlükəsizliyinin tə­mini ilə əlaqədar qarşıda duran vəzifələ­ri müəyyən edib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. 
Vətəndaş məmnunluğunun təmin edilməsində, dövlətə inam və etimadın güclənməsində böyük əhəmiyyət kəsb edən müraciətlərə baxılması işinə xüsu­si diqqət çəkən nazir V.Eyvazov şikayət­lərə çevik reaksiya göstərilməsi işinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün əlavə tapşırıqlar verib. 
Nazir bəzi ərazi orqanlarının fəaliy­yətində olan müəyyən nöqsan və çatış­mazlıqlara da diqqət yönəldərək onların aradan qaldırılması üçün lazımi tədbir­lərin görülməsini, hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının bun­dan sonra da etibarlı qorunmasını, bü­tövlükdə vətəndaş məmnunluğunun da­vamlı surətdə təmin olunmasını, şəxsi heyətin etik davranış qaydalarına daim riayət etməsini, qanunçuluğun möhkəm­ləndirilməsini və peşəkarlıq səviyyəsinin günbəgün artırılmasını mühüm vəzifə kimi irəli sürüb.
Kollegiya iştirakçılarının diqqətini ötən illər ərzində beynəlxalq təşkilatla­rın nümayəndə heyətləri ilə baş tutmuş görüşlərə də yönəldən nazir V.Eyvazov ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq qeyd edib ki, bu sahədə fəaliyyətin effektivliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi üzrə aparılan mü­zakirələr və görülmüş işlər çox faydalı olub.
Konkret olaraq, fəaliyyətin müasir tələblərə və mütərəqqi beynəlxalq təc­rübəyə uyğun qurulmasında mühüm əhəmiyyət kəsb edən şəxsi heyətin pro­fessional hazırlığının artırılması məqsə­dilə son 5 ildə təkcə insan hüquqları üzrə Azərbaycanda və xarici dövlətlərdə keçirilən seminarlarda, təlim kursların­da, konfranslarda və digər tədbirlərdə daxili işlər orqanlarının 3000-dən çox əməkdaşının iştirak etdiyini diqqətə çatdırıb. O, Polis Akademiyasında ke­çirilən məşğələlərə Avropa ekspertlə­rinin dəvət edildiyini, treninqlərin onlar tərəfindən də keçiriləcəyini bildirib, ha­belə aidiyyəti tədris proqramlarının qısa müddətdə yenilənməsinə dair tapşırıq­lar verib. “Açıq hökümətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair” Milli Fəaliyyət Planları əsasında idarə­daxili nəzarət mexanizmlərinin, aidiyyəti vəzifə təlimatlarının təkmilləşdirildiyini, aidiyyəti qanunvericilik aktlarına bey­nəlxalq təcrübəyə uyğun dəyişikliklər edilməsi üçün layihələrin hazırlandığını, tutulmuş və həbs edilmiş şəxslərin bey­nəlxalq konvensiyalarda təsbit olunmuş bütün hüquqlarının və dindirmələrin şəffaflığının təmin edilməsi mövzula­rında respublikanın istintaq qurumları­nın əməkdaşları üçün virtual təlimlərin təşkil edildiyini nəzərə çatdırıb. Nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimu­ma endiyini, ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1.286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfərin xidmətdən xaric edildiyini, 139 nəfərin tutduğu vəzifədən azad olunduğunu, 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görüldü­yünü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyini, 16 əməkdaşın vəzifəsindən azad olunduğunu, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərin verildiyini qeyd edib.
Nazir bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının mü­dafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib, on­lara qarşı kobudluğun, hər hansı forma­da pis rəftarın yolverilməzliyini, qanun­dankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunması­nın vacibliyini xatırladıb, bu istiqamət­lərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifə sahibinin şəxsən məsuliy­yət daşıdığını nəzərə çatdırıb.
Bütövlükdə Daxili İşlər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq mü­nasibətlərini yüksək qiymətləndirdiyini, qarşılıqlı əlaqələrin gələcəkdə də konst­ruktiv şəkildə həyata keçiriləcəyini ifadə edib. 
General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəa­liyyətinə verdiyi böyük dəyərə və etima­dına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydalarının qorunması sahəsində vəzifələr bundan sonra da böyük əzm və qətiyyətlə da­vam etdiriləcəkdir.
XQ

Seçilən
625
3
xalqqazeti.az

6Mənbələr