AZ

Çin Avropa ilə ticarət müharibəsinin başlama vaxtını açıqladı

Pekin Xarici Tədqiqatlar Universitetinin Regional və Qlobal İdarəetmə Akademiyasının professoru Cui Hongjian Avropa İttifaqının Çin elektrik avtomobil istehsalçılarına rüsumlar tətbiqini şərh edərkən bildirib ki, Çin və Avropa İttifaqı arasında ticarət müharibəsi noyabrda başlaya bilər.

HİT.az xəbər verir ki, bu barədə "Global Times" yazıb.

Onun fikrincə, rüsumların tətbiqi Avropa İttifaqının gözlənilən qərarıdır, çünki tərəflər bu məsələ ilə bağlı məsləhətləşmələrə başlasalar da, Avropa İttifaqı öz mövqeyini dəyişməyib. Cui Hongjian deyib ki, avropalılar indi öz hərəkətlərinə haqq qazandırmalıdırlar və danışıqların nəticəsi, qarşıdurmanın elan edilmiş vaxt çərçivəsində ticarət müharibəsinə çevrilib-böyüməyəcəyini müəyyən edəcək.

İyulun 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Pekin Aİ-nin Çindən gələn elektrik avtomobillərinə tətbiq etdiyi gömrük rüsumlarına etiraz edir.

İyulun 4-də Avropa İttifaqı Çindən gələn elektrik avtomobillərinə 37,6%-ə qədər rüsum tətbiq edib. Avropa Komissiyası (AK) elektrik avtomobillərinin əsas istehsalçıları üçün rüsumların 17,4%-dən 37,6%-ə qədər olacağını açıqlayıb. Eyni zamanda, AK qeyd edib ki, son aylarda Çinlə danışıqlar intensivləşib və buna görə də Avropa İttifaqı Çinin elektromobillərinin Avropaya tədarükü ilə bağlı vəziyyəti Dünya Ticarət normaları əsasında danışıqlar əsasında həll etməyə ümid edir.

Samir
 

Seçilən
189
1
hit.az

10Mənbələr