AZ

Pakistanda sosial media müvəqqəti qadağan edilə bilər

Bakı, TurkicWorld

Pakistanın Pəncab əyaləti hökuməti federal daxili işlər nazirinə Pakistanda məzhəblərarası şiddətin qarşısını almaq məqsədiylə nifrət materiallarının və dezinformasiyanın yayılmasına nəzarət etmək üçün Məhərrəm ayının 6-dan 11-dək sosial medianın qadağan edilməsini tövsiyə edib.

TurkicWorld xəbər verir ki, Pakistanın “The Nation” qəzetinin xəbərinə görə, Pəncab hökuməti Məhərrəm ayı ərzində təhlükəsizlik qaydalarını sərtləşdirməyə və sosial medianı bloklamağa qərar verib.

Əyalət hökuməti “sərhəd ünsürlərinin” ölkədə sülhü pozmaq cəhdləri barədə məlumat aldıqdan sonra, Aşurə günü münasibətlə internet və mobil telefon siqnallarını kəsmək üçün “istisna” tədbirlər görməyə qərar verib.

Həmçinin, Pəncab Nazirlər Kabinetinin və Daxili İşlər Nazirliyinin Qanun və Nizamın Davamlılığı Komitəsi isə, “internetin bağlanması ictimaiyyət üçün problemlər yaradacağını, yanlış məlumatların və nifrət materiallarının əksəriyyətinin hətta internet xidməti dayandırıldıqda belə bəzi sosial media tətbiqləri vasitəsilə yayıla biləcəyini” bildirib.

Qadağa ilə bağlı yekun qərarı federal hökumət verəcək. Pakistan ölkədə yaşayan şiə vətəndaşlar tərəfindən qeyd edilən Aşura mərasimi zamanı baş verə biləcək hər hansı məzhəb zorakılığının qarşısını almaq üçün on minlərlə əsgər və polis nəfəri səfərbər edib.

Qeyd edək ki, Pakistanda şiələr və sünnilər arasında baş verən məzhəb zorakılığı son illərdə minlərlə insanın ölümü ilə nəticələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
turkic.world

10Mənbələr