AZ

Əfsanə milli karyerası ilə bağlı yekun qərarını açıqladı

“Bayern”in və Almaniya yığmasının yarımmüdafiəçisi Tomas Müller milli komandadan getməyi düşünür.

Publika.az xəbər verir ki, o, bu barədə “Sky Germany” kanalına açıqlama verib. “Çox güman ki, bu, milli komandadakı son matçım idi”, – deyə əfsanəvi forvard bildirib.

Müller Almaniya millisinin heyətində dünya çempionu (2014) olub. Futbolçu 2010-cu ilin martında millidə debüt edib.

Ümumilikdə 34 yaşlı almaniyalı Almaniya millisinin heyətində 131 oyunda 45 qol vurub və 41 məhsuldar ötürmə edib.

Seçilən
84
14
publika.az

10Mənbələr