Radikal sağçılar Fransa üçün təhlükədirmi, belə bir mümkün hökumətlə fransızların həyatı necə dəyişəcək?
Teleqraf.com xəbər verir ki, Fransa prezidenti olmağa hazırlaşan “Milli Birlik” Partiyasının sədri Marin Le Pen bu barədə “CNN İnternational”a danışıb.
Le Pen hazırkı prezident Emmanuel Makrondan başqa heç kim üçün təhlükə olmadıqlarını bildirib.
“Fransada Makron hökumətindən başqa heç kim üçün təhlükə deyilik. Reallıqda Makronun bizimlə mübarizə aparmağa sərf etdiyi bütün enerji bizim alternativ hərəkat olduğumuzu bildiyinə görədir. Mütləq çoxluğu təmin edə bilən bizik. Radikal solun belə bir variantı yoxdur. Deməli, onun danışdığı təhlükə öz hakimiyyətinə qarşı təhlükədir”, - partiya lideri vurğulayıb.
Ötən günlərdə Fransada keçirilən parlament seçkilərində Makronun partiyası Le Penə uduzub.