Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də NATO ölkələrinin Vaşinqtonda keçiriləcək Zirvə toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.
"Ölkə.az" xəbər verir ki, onun Vaşinqtonda dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edib. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutub.