Nüfuzlu “Transfermarkt” internet portalı cari mövsümün ən bahalı yay transferlərinin siyahısını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, hazırda reytinqə 26 yaşlı braziliyalı yarımmüdafiəçi Duqlas Luiz başçılıq edir.
"Yuventus" onun transferi üçün "Aston Villa"ya 51,5 milyon avro ödəyib.
İkinci yerdə "Real Madrid"ə 47 milyon avroya başa gələn "Palmeyras"ın braziliyalı 17 yaşlı istedadı Endrik gəlir. İlk üçlüyü 47,5 milyon avroya "Vulverhempton"dan "Vest Hem"ə keçən mərkəz müdafiəçisi Maks Kilman tamamlayıb.
Qeyd edək ki, Avropanın top liqalarında transfer pəncərəsi avqustun sonunda bağlanır.