...Telefon fırıldaqçıları Moskva təqaüdçüsündən 28 milyon rubldan çox pul oğurlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti bildirib.
Deməli fırıldaqçılar məlum sxem üzrə hərəkət ediblər.
İlk olaraq, yaşlı qadına özünü Dövlət Xidmətləri portalının əməkdaşı kimi təqdim edən biri zəng edib və ondan kredit almaqla bağlı arayış sifariş edib-etmədiyini soruşub.
Sonra qorxmuş təqaüdçüyə saxta bankirlər və saxta polislər zəng vurub, guya hesabından bir milyon rublun köçürülməsinə mane olduqlarını bildiriblər. Nəticədə qadın fırıldaqçılara öz smartfonuna giriş imkanı verib və onlar onu bütün əmanətlərini bəzi təhlükəsiz hesablara köçürməyə razı salıblar.
Bildirilir ki, Kuzminsk rayonlararası prokurorluğu bu işin araşdırılmasına və cinayətkarların axtarışı əməliyyatına nəzarət edir.
Nazlı Almuradova