Smartfon istehsalını artırmaq istəyirlər
“Google” Hindistanda “Pixel” smartfonlarının istehsalına başlayır.
Reyting.az xəbər verir ki, bu barədə “9to5Google” məlumat yayıb.
Məlumata görə, şirkət tezliklə smartfonların sınaq partiyasını işə salmaq, sentyabrda isə tammiqyaslı istehsala keçmək niyyətindədir. Bu addım “Google”-nin istehsal gücünü genişləndirmək və Çindən asılılığı azaltmaq strategiyasının bir hissəsidir.
V. QULİYEV