AZ

Bir gündə 52 nəfər su anbarlarında boğuldu - 7-si uşaqdır

Son 24 saat ərzində Rusiyada su hövzələrində 52 ölüm faktı qeydə alınıb ki, onlardan 7-si uşaqdır.

Redaktor.az xəbər verir ki,bu barədə iyulun 8-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində ölkənin su obyektlərində ümumilikdə 60 hadisə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə çoxdur. 7-si uşaq olmaqla 52 nəfər həlak olub”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Sultan AYXAN

Seçilən
61
redaktor.az

1Mənbələr