AZ

Yeniyetmə qızlarımız Avropa çempionatında mübarizəyə başlayır » AzadMedia.az



9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionu oyunları baş tutacaq. A qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz, Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12:30-da Gürcüstan və 11 iyul saat 12:30-da Kipr millilərinə qarşı keçirəcəkdir. Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
5
azadmedia.az

10Mənbələr