AZ

Fransada solçuların qələbəsi siyasi iflic yaradıb

İyulun 7-də Fransa Milli Assambleyasına keçirilən seçkilərin ikinci turunda "Yeni xalq cəbhəsi" solçu alyansı 182 mandat əldə edərək qalib gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, solçu blokun qələbəsi Fransada qeyri-sabit parlament problemi və bazar ertəsi günü başlayacaq yeni hökumətin formalaşdırılması prosesində danışıqların uzadılması ilə bağlı müəmmalı vəziyyət yaradıb.

"Reuters" agentliyinin yazdığına görə, Seçkilərin nəticələri Prezident Emmanuel Makrona da ağır zərbə olub və Avropa zonasının ikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, eyni zamanda, Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə baş verəcək siyasi qeyri-sabitliyin xəbərçisidir.

Fransa Prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, parlamentdə solçular 182, Makronun mərkəzçi alyansı 168, Le Penin "Milli birlik" partiyası və onun müttəfiqləri isə 143 yer qazanıb. Beləliklə, Milli Assambleya üç böyük qrupa bölünüb; müxtəlif platformalarla sol, mərkəzçi və həddindən artıq sağ qanadlar. Əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almadığına görə yeni hökumətin formalaşdırılması çətin olacaq.

Baş nazir Qabriel Attal istefa verəcəyini bildirib, lakin hökuməti qurmaq kimi çətin vəzifəni nəzərə alaraq, Prezidentin bunu dərhal qəbul edib-etməyəcəyi bəlli deyil.

Londondakı "Monex Europe" valyuta təhlili mərkəzinin Simon Harveyin sözlərinə görə, səsvermə ilə bağlı proqnozlar açıqlandıqdan sonra avro bazar günü ucuzlaşıb.

Sol ittifaq yanacaq və ərzaq kimi vacib malların qiymətlərini məhdudlaşdırmağı, minimum əmək haqqını və dövlət sektoru işçilərinin əmək haqqını yüksəltməyi hədəfləyir. Fransanın büdcə kəsiri isə artıq istehsalın 5,5 faizini təşkil edir ki, bu da qaydaların Aİ-nin icazə verdiyi səviyyəsindən yüksəkdir.

"Capital Economics" nəşri qeyd edib ki, parçalanmış parlament Fransanın Aİ büdcə qaydalarına riayət etməsində lazım olan büdcə kəsirlərini qüvvəyə mindirmək sahəsində hansı bir hökumət üçün çətin olacaq. "Bu arada, Fransa hökuməti (və digər hökumətlər) ilə Aİ arasında maliyyə siyasəti ilə bağlı toqquşma ehtimalı artıb", -deyə nəşr vurğulayıb.

Milli.Az

Seçilən
86
5
milli.az

6Mənbələr