Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tribunainfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
1969-cu il təvəllüdlü Adil Əliyev Məclisin III, IV, V və VI çağırış deputatı və sonncu çağırış Milli Məclisin sədr müavini olub. O, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.