AZ

Millimizin Ermənistanla oyununun vaxtı məlum oldu

Cəbəllütariqdə iyulun 9-dan 16-dək 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionu oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, A qrupunda qərarlaşmış qızlardan ibarət Azərbaycanın U-16 millisi Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq.

Qızlarımız qrupda növbəti oyunlarını 10 iyul saat 12:30-da Gürcüstan və 11 iyul saat 12:30-da Kipr millilərinə qarşı keçirəcək.

Seçilən
89
4
publika.az

10Mənbələr