“Nothing” şirkətinə məxsus “CFM” yeni Phone 1 smartfonunu buraxıb. Yenilik 4 nanometr texnologiyasından istifadə edilməklə hazırlanmış 8 nüvəli MediaTek Dimensity 7300 prosessoru ilə təchiz edilib.
Cihazın operativ yaddaşı onu 16 GB-a qədər artırmaq imkanı ilə 8 GB, daxili yaddaşı isə 120 GB təşkil edir. Akkumulyatorun tutumu 5000 mAh-dır və 33 Vt sürətli yükləməni dəstəkləyir.
Digər xarakterik cəhətlər arasında 6.67 düymlük Super AMOLED Full HD+ ekranı, 50 Mp əsas və 16 Mp ön kamera var. Phone 1 Android 14 əməliyyat sistemi ilə işləyir. Smartfon 5G, Wi-Fi 6, Bluetooth 5.3 və NFC-ni dəstəkləyir.
Cihazın əsas xüsusiyyəti – arxa paneli fərdiləşdirmək imkanıdır. Məsələn, ona qayışlar, stendlər və kartholderlər quraşdıra bilərsiniz. Eyni zamanda, arxa panelini üç rəngə (qara, tünd-göy, narıncı və yaşıl) dəyişmək mümkündür.
CMF Phone 1 239 avrodan başlayan qiymətə 12 iyul 2024-cü ildə satışa çıxarılacaq. Arxa panellərin qiyməti 35 avro, əksər aksesuarların qiyməti isə 25 avro təşkil edəcək.