AZ

Prezident icra başçıları təyin etdi- Sərəncamlar

Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.  

 Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

1969-cu il təvəllüdlü Adil Əliyev Məclisin III, IV, V və VI çağırış deputatı və sonncu çağırış Milli Məclisin sədr müavini olub. O, eyni zamanda Azərbaycan Kikboksinq

Federasiyasının prezidentidir.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Əziz İmran oğlu Əzizovu Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilıb.

 

Dövlət başçısının digər Sərəncamı ilə o, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

  Sahib Məmmədxanov İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.  


Seçilən
87
2
news365.az

3Mənbələr