AZ

Sonuncu pillə argentinalı mütəxəssisə bağışlanılmayıb

Paraqvay yığması baş məşqçi Daniel Qarneronu istefaya göndərib.

İdman.biz xəbər verir ki, bu qərar Amerika kuboku-2024-də uğursuz çıxışdan sonra verilib.

Komanda turnirdə keçirdiyi hər 3 oyunu məğlubiyyətlə başa vuraraq, qrupda sonuncu yeri tutub. Ötən ilin sentyabrından Paraqvay millisinə başçılıq edən argentinalı mütəxəssis 10 oyunda komandaya rəhbərlik edib.

Paraqvaylılar DÇ-2026-nın seçmə mərhələsində Cənubi Amerika zonasında 6 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, Paraqvay yığması Qarneronun rəhbərliyi ilə keçirdiyi 10 matçda 2 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 6 dəfə uduzub.

İdman.biz

Seçilən
107
idman.biz

1Mənbələr