AZ

"Trendyol" çatdırılma xidmətlərini niyə bahalaşdırdı? – Mühüm AÇIQLAMA 

Türkiyənin məhşur onlayn alış-veriş şirkəti olan “Trendyol”un  Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində kəskin artım olduğu müşahidə edilir. Hətta bir neçə geyimin çatdırılmasına 40 manat pul verildiyi bildirilir. İddialara görə  çatdırılma xidmətinin qiyməti geyimlərdən daha çoxdur.

Bəs qiymətlərin bahalaşması nə ilə əlaqəlidir?

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Bizim Media-ya açıqlamasında bildirib ki, bu artımların olacağı çoxdan gözlənilən hal idi. 

“Trendyol”dan alınan  məhsulların bahalaşması gözlənilən idi.  Strategiya ondan ibarətdir ki, bu şirkət ucuz qiymətlərlə Azərbaycan bazarına daxil oldu, müştəri topladı və qarşıdakı dövrlərdə  qiymətlər mərhələlərlə daha da bahalaşacaq. Bu qaçınılmazdır. 

“Trendyol”da 40 manata alınan məhsul Bakıda mağazalarda 150 manatdır. Bu fərq yavaş-yavaş aradan qaldırılacaq. Mən hesab edirəm ki, Azərbaycanın daxili bazarında rəqabət olmadığına görə “Trendyol” məhsulları Azərbaycanın daxili bazarından 40-50 faiz ucuz satmağa başladı və kifayət qədər müştəri topladı.

Lakin yavaş-yavaş bu fərq 10-20 faizə enəcək. Müştəriysə Bakıdakından nisbətən ucuz olduğu üçün nəticə olaraq yenə Trendyoldan almağa davam edəcək. Yəni alıcı çoxaldıqca Trendyol da qiymətləri artırır”. 

Xatırladaq ki, bir neçə ay öncə Türkiyənin məhşur onlayn alış-veriş şirkəti olan “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi etmişdi. Şirkət qiymətləri 2.5 dəfə artırmışdı. Dəyişikliyə əsasən 79.99 türk lirəsi (4.23 AZN) hesablanan çatdırılma xidməti, 199.99 türk lirəsi kimi (10.63 AZN) hesablanırdı. 

Çiçək Sadatova, Bizim.Media 
 

Seçilən
237
50
bizim.media

10Mənbələr